Məzmuna keç

Məhkəmə-hüquq islahatları ilə bağlı ictimai müzakirə keçirildi  – YENİLƏNİB

Ədliyyə Akademiyasında Prezidentin Fərmanı ilə bağlı ictimai müzakirə keçirilib

Bu gün Ədliyyə Akademiyasında "Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn məsələlər" mövzusunda elm müəssisələri nümayəndələri ilə ictimai müzakirələr keçirilib.

E-huquq.az-ın xəbərinə görə, konfransda çıxış edən Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov bildirib ki, Bakıda və regionlarda Prezident İlham Əliyevin imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanın ictimai müzakirəsinə həsr edilmiş bir neçə tədbir keçirilib: “İştirak etdiyimiz ictimai müzakirənin özəlliyi ondan ibarətdir ki, burada təcrübi hüquqşünaslarla yanaşı hüquq elminin nümayəndələri, alimlər, eləcə də respublikamızda fəaliyyət göstərən hüquq təhsil ocaqlarının, o cümlədən ixtisaslaşdırılmış hüquq elm təhsil müəssisələrinin nümayəndələri toplaşıb. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda əhalinin rifahının yükəldilməsi istiqamətində bir sıra tədbirlər keçirilir. Prezidentin sözləri ilə desək, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı rekord həddə inkişaf edib. Qeyd etmək lazımdır ki, müstəqillik qazandıqdan sonra Azərbaycanda məhkəmə hüquq islahatları çox geniş şəkildə həyata keçirilib, konstitusiya qəbul edildikdən sonra məhkəmələr və hakimlər haqqında qanun qəbul edilib, üçpilləli məhkəm sistemi qurulub. Xüsusilə, son illərdə ölkə başçısının rəhbərliyi ilə aparılmış islahatlar çərçivəsində ədliyyə və məhkəmə sisteminin inkişafı üzrə bir çox mühüm tədbirlər görülüb”.

Onun sözlərinə görə, ədliyyə və məhkəmə sistemini tənzimləyən qanunvericilik ümumiləşdirilib, bu sahədə xüsusi dövlət proqramları qəbul olunub, ədalət mühakiməsinin əlçatanlığı asanlaşdırılıb, ədliyyə infrastrukturu yenidən qurulub: “Cənab Prezident tərəfindən qəbul edilmiş Fərman yeni mərhələdə müasir çağırışlara uyğun olaraq ədliyyə və məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetlər müəyyən edən yol xəritəsi qəbul edib. Fərman məhkəmə-hüquq sistemində kompleks qanunverici, institutisional və praktiki tədbirlər görülməsini nəzərdə tutur”.

“Qeyd etmək lazımdır ki, Fərman dövlət başçısının məhkəmə hakimiyyətinin müstəqilliyinə verdiyi müstəsna əhəmiyyətin təzahürüdür. Bu da təsadüfi deyildir. Çünki Prezident Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Demək olar ki, ilk dəfə olaraq, bütün məhkəmələrin sədrlərinə, hakimlərinə tövsiyə edib ki, onlar məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmləndirilməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına tətbiq edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə riayət etsinlər. Bununla yanaşı, cənab Prezident Fərmanda Ali Məhkəməyə, Məhkəmə Hüquq Şurasına, Baş Prokurorluğa bir sıra tövsiyələr verib, Ədliyyə Nazirliyinə və müvafiq icra hakimiyyəti orqanlarına göstərişlər verib”, – deyə, E.Xələfov söyləyib.

Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov isə deyib ki, Azərbaycan qanunvericiliyində mühüm yeniliklər edilib. Onun sözlərinə görə, söhbət məhkəməyədək əməkdaşlığa dair saziş, məhkəmə cəriməsi və digər üsulların tətbiqindən gedir: “Bildiyiniz kimi, Fərmanda Ədliyyə Nazirliyinin icra xidmətinin təkmilləşdirilməsi tapşırılmışdır. Bununla bağlı bütün yerli icra qurumlarının rəhbərləri və əməkdaşlarının iştirakı ilə 20 aprel tarixində ümumrespublika müşavirəsi keçirilmişdir. Elektron icra informasiya sisteminin tətbiqinin genişləndirilməsi, süründürməçilik və digər sui-istifadə hallarının qarşısının alınması üçün konkret addımlar atılmışdır. Bununla belə, icra xidmətinin iş həcminin kəskin şəkildə artmasını nəzərə alaraq, bu sahədə institutisional tədbirlərin də görülməsi nəzərdə tutulmuş, o cümlədən, ölkəmizdə özəl icra institutunun tətbiqi barədə təkliflər hazırlanmışdır. Fərmana əsasən, məhkəmə ekspertizası fəaliyyətinin təkmillləşdirilməsi də nəzərdə tutulmuş və bununla bağlı bir sıra tapşırıqlar verimişdir. Bu sahədə beynəlxalq təcürbə öyrənilmiş, eyni zamanda ekspert rəyinin verilməsi müddətinin dəqiqləşdirilməsi, ekspertiza təyin edilməsilə bağlı tərəflərin hüquqlarının genişləndirilməsi, ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı qanun layihəsi hazırlanmışdır. Fərmanda məhkəməyə müraciət imkanlarının genişləndirilməsi üzrə bir sıra mühüm tapşırıqlar verilmişdir. Bu zaman ön plana məhkəmə sisteminin istifadəçiləri, xüsusilə sahibkarlar çıxarılmışdır. Bildiyiniz kimi, ölkəmizdə aparılan islahatlar çərçivəsində insanların məhkəməyə alçatanlığının yaxşılaşdırılması məqsədilə regional apellyasiya və ixtisaslaşdırılmış məhkəmələr, həmçinin sahibkarların mübahisələrinə baxan iqtisad məhkəmələri təşkil edilmişdir. Eyni zamanda məhkəmə hüquq sistemində ən mühüm hadisələrdən biri də inzibati ədliyyə institutunun yaradılması olmuşdur. Bildiyiniz kimi, 2011-ci ildən ölkəmizin 7 bölgəsində yeni inzibati məhkəmələr fəaliyyətə başlamışdır. Bu məhkəmələrdə hüquqi və fiziki şəxslərin dövlət orqanlarına qarşı işləriə baxılır və həmin məhkəmələr dövlət qurumları tərəfindən yol verilmiş pozuntuların qarşısını alınmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, həmin məhkəmələrdə dövlət orqanlarına qarşı baxılan iddiların təxminən 80 faizdən çoxu təmin edilib. Göstərilənlər nəzərə alınaraq, məhkəmə istifadəçilərinin, məhkəməyə müraciət hallarnın asanlaşdırılması, habelə sahibarlıqla bağlı mübahislərə daha dərin bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılması məqsədilə Fərmanla bu sahədə islahatların davam etdirilməsi və yeni ixtisaslaşmış məhkəmələrin yaradılması tapşırılmışdır. Bununla əlaqədar Ədliyə Nazirliyi tərəfindən sahibkarlıq fəailiyyəti ilə bağlı məhkəmələrə edilən müraciətlər təhlil olunmuş, beynəlxalq təcrübə və beynəlxalq qanunvericilik öyrənilmişdir. Artıq məsələ ilə bağlı hazırlanmış layihələr dövlət başçısının qanunverici təşəbbüsü ilə parlamentə təqdim edilmiş və bildiyiniz kimi, bir neçə gün öncə qəbul edilmişdir. Ölkə Prezidentinin 19 iyul 2019-cu il sərəncamı ilə mövcud inzibati-iqisadi məhkəmələr ləğv edilmiş və ölkəmizin məhkəmə sistemində yeni ixtisaslaşmış məhkəmələr, regional kommersiya və inzibati məhkəmələr yaradılmışdır. Gələn ilin yanvarın 1-dən fəaliyyətə başlayacaq həmin məhkəmələr birinci instansiya məhkəmələri kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya və inzibati mübahisələrə baxacaqlar. Eyni zamanda bu sahədə islahatlar apellyasiya və kassasiya instansiyası məhkəmələrini də əhatə etmiş və bu məhkəmələr də kommersiya və inzibati kollegiyaların yaradılması nəzərdə tutulmuşdur. Məhkəmə icraatının sadələşdirilməsi məqsədilə kommersiya və ümumi məhkəmələr arasında aidiyyətlə bağlı mübahisələrə baxılma proseduruna yeni konseptual yanaşma tətbiq olunmuşdur. Belə ki, məhkəmə aidiyyəti il bağlı mübahisələr bilavasitə kassasiya məhkəməsində həll olunacaq. Bu zaman məhkəmə aidiyyəti ilə bağlı məhkəmə qərarlarından şikayətlər birbaşa kassasiya məhkəməsində kommersiya və inzibati kallegiyalar daxil olan hakimlərin qarşılıqlı tərkibində baxılacaq. Qeyd olunanlar məhkəm icraatnın sadələşdirilməsi və tezliyinə imkan yaradacaq. Digər tərəfdən idiyədək ikili, yəni, ümumi public və xüsusi ümumi təbiətə malik olan inzibati-iqtisadi məhkmələr əvəzinə ayrıca inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin yaradılması ümumi məhkəmə ilə ixtisaslaşmanın dərinləşməsinə xidmət edəcək. Bildiyiniz kimi, son vaxtlar məhkəmə işlərinin tez və operativ həlli üzrə digər işlər də görülmüşdür. O cümlədən, qanunvericilikdə kiçikhəcmli iddia anlayışı müəyyən edilmiş, həmin işlər üzrə apellyasiya instansiyası məhkəməsinin qərarları yekun hesab edilmiş, məhkəmə iclaslarının təyin edilmə müddətləri və hətta həmin iclasların təxirə salınma sayı müəyyən edilmişdir. Lakin Fərmandan da göründüyü kimi, dövlət başçısı tərəfindən bu sahədə həyata keçirilmiş tədbirlər yetərli hesab olunmamış, Fərmanda mülki məhkəmə icraatının effektivliyini artıqmaq məqsədilə mülki prosesual qanunvericiliyin kompleks təhlil edilməsi və təkmilləşdirilməsi tapşırılmışdır”.

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova isə bildirib ki, Fərmanla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən, habelə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə birgə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi, sahibkarlığın inkişafı və Fərmanın icrasından irəli gələn digər məsələlər üzrə vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə geniş maarifləndirmə tədbirləri keçirilib: “Ötən 3 ay ərzində Ədliyyə Nazirliyində, həmçinin Dünya Bankı, Amerika Ticarət Palatası (AmCham), Azərbaycan Sahibkarlar Konfederasiyası, Vəkillər Kollegiyası ilə birgə, habelə Gəncədə və Lənkəranda, o cümlədən Lənkəran Dövlət Universitetində məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinə dair 8 ictimai müzakirə, 3 dəyirmi masa, 2 ictimai təqdimat və 1 brifinq keçirilib. Tədbirlərdə nazirliyin rəhbərliyi və məsul işçiləri, Prezident Administrasiyasının, Məhkəmə-Hüquq Şurasının, Mətbuat Şurasının rəhbər şəxsləri, Milli Məclisin deputatları, hakimlər, dövlət ittihamçıları, vəkillər və digər hüquqşünaslar, ictimai xadimlər, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri və vətəndaş cəmiyyətinin digər nümayəndələri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, KİV rəhbərləri, alimlər, sahibkarlar, gənclər və tələbələr iştirak ediblər”.

Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi – Baş icra məmuru Nurəddin Mustafayev isə məhkəmə qərarlarının icrası işinin təkmilləşdirillməsindən danışıb. O qeyd edib ki, hazırda ölkəmizdə tətbiq olunan icra qanunvericiliyi köhnəlib: “Ötən dövr ərzində həmin qanunvericiliyə müəyyən qədər dəyişikliklər olunub. Bir çox mütərəqqi nailiyyətlər əldə olunub. Bunların içində icra prosesinin sürətləndirilməsinə imkan verən mexanizmlərin tətbiq olunması, icra məmurlarına səlahiyyətlərin verilməsi xüsusi qeyd olunmalıdır. Məlum olduğu kimi icra sahəsi çox geniş aspektlidir. İctimai münasibətlər daim dəyişdiyi üçün qanunericilik də mütəmadi olaraq yenilənməlidir. Hesab edirik ki, icra məcəlləsinin qəbulu icra sahəsində qanunvericiliyin günün tələblərinə uyğunlaşdırılmasını təmin edəcək, icra ilə bağlı müxtəlif qanunvericilik aktlarında olan normalar daxili uzlaşdırılmış vahid sistemə çevriləcək və icra məmurları üçün əlçatan olmaqla tətbiqi asanlaşacaq. Eyni zamanda bu, icra qanunvericiliyində mövcud olan ziddiyətlərin aradan qaldırılması, boşluqların doldurulması, icra prosesinin səmərəsinin artırılmasına xidmət edəcək”.

Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü Bəylər Məmişov vəkillərin hakimlərlə və cinayət təqibini həyata orqanların əməkdaşları ilə ünsiyyətinin deontoloji məsələləri mövzusunda çıxış edib. O qeyd edib ki, vəkillər müstəqildirlər və öz fəaliyyətlərini həyata keçirərkən qanunun tələblərinə tabe olmalıdırlar: “O cümlədən Vəkillik Fəaliyyəti haqqında Qanunda çox mühüm bir məsələ qeyd olunub ki, vəkillər peşə fəaliyyətini həyata keçirərkən məhkəmə, istinaq və digər dövlət qurumlarında həmin qurum tərəfindən müəyyən edilmiş davranış qaydalarına uyğun hərəkət etməlidirlər. Bu onu özündə ehtiva edir ki, gündəlik fəaiyyətimizdə elə bir hal olur ki, gün ərzində biz Pentensinar Xidmətin cəzaçəkmə müəssisəsində, Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında, Ədliyyə Nazirliyinin qeydiyyat qurumlarında hüquqi fəaliyyətin həyata keçirilməsi ilə məşğul oluruq. Bizim əsasnaməmiz üzərimizdə bir vəzifə kimi müəyyən etmişdir ki, həmin qurumlarn müəyyən etdiyi özünəməxsus davranış qaydalarına bağlı olaq, bu qaydalara uyğun hərəkət edək. Bundan başqa orda qeyd olunub ki, vəkillər əvvəlcədən müəyyən olunuş məhkəmə iclaslarında, istintaq hərakatlarında vaxtında iştirak etməlidirlər. Həmin proseslərin süni şəkildə uzadılmasına səbəb olmamalıdırlar və əsaslar olduqda həmin prosesdə iştirak etməyəcəkləri barədə müvafiq qurumlara vaxtında məlumat verməlidirlər. Bütün bunları deməkdə mənim məqsədim onda ibarətdir ki, qarşılıqlı olaraq fəaliyyət göstərən hakim və vəkillərin əsas məqsədi ədalət mühakiməsinin səmərəli şəkildə həyata keçirilməsinə yönəlmişdir. İlk baxışdan bu şəxslər fərqli funksiyaları həyata keçirən şəxslər kimi görünsələr də, onların fəaliyyətinin əsas məqsədi vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə yönəlmişdir. Bu baxımdan hakimlər və vəkillər arasında dostluq əlaqələrinin olması da təqdirəlayiq hal kimi qiymətləndirilmişdir. Çünki belə bir münasibətlər vəkillər və hakimlər arasında gərginliyin aradan qaldırılmasına gətirib çıxarır. Mənim şəxsi fikrim ondan ibarətdir ki, bu kimi hallarda da vəkillər kifayət qədər ehtiyyatlı olmalıdırlar. Çünki hakimin qərəzsiziyinə şübhə yaradan hallara yol verməməlidirlər. Onlar arasındakı münasibətlər professional fəaliyyətlərinə hər hansı bir təsir göstərməməlidir”.

AMEA Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri vəkil, Ayxan Rüstəmzadə isə çıxışında təmsil etdiyi qurum tərəfindən Məhkəmə-Hüquq Şurasının konstitusion orqan olması ilə bağlı təklif irəli sürüldüyünü diqqətə çatdırıb: “Biz bu orqanın yarandığı dövrdən indiyədək gördüyü müsbət işləri nəzərə almışıq. Hesab edirik ki, məhz dövlət ittihamını həyata keçirən şəxslərin irəliyə çəkilməsi və ya cəzalandırılması məsələsini Məhkəmə-Hüquq Şurasına həvalə etmək lazımdır. Beynəlxalq təcrübədə də dövlət ittihamını həyata keçirən şəxslərin fəaliyyətinə Məhkəmə-Hüquq Şurası kimi qurumlar tərəfindən nəzarət edildiyini görmək olar. Bundan başqa biz Vəkillər Kollegiyasının qanunvericilik təşəbbüsü olan subyektlərin sırasına daxil olunması barədə təklif irəli sürmüşdük. Yekun olaraq bildirmək istəyirəm ki, hazırda cənab Prezidentin imzaladığı Fərmanla qarşıya qoyulmuş məqsədlərə demək olar, nail olunur. Ən azı onu deyə bilərəm ki, bu gün kommersiya məhkəmələrinin yaradılmasına böyük ehtiyac vardı və bu məhkəmələr də yaradılır".