Ermənistan xarici işlər naziri əvəzi Ara Ayvazyan vəzifəsindən istefa verib.
E-huquq.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.
A.Naqdalyan bunun səbəbini açıqlamayıb.
"Ayvazyan istefa barədə ərizəsini təqdim edib", – deyə o feysbukdakı hesabında yazıb.
Qeyd edək ki, Ara Ayvazyan istefasından bir neçə saat əvvəl Hindistanın Ermənistandakı səfiri Kişan Dan Devalya ilə görüşüb.
