Azərbaycanın Təhsil Nazirliyində Türkiyənin milli təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüş keçirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Təhsil naziri Emin Əmrullayev tvitter səhifəsində yazıb.
“Görüşdə iki qardaş ölkə arasında təhsil sahəsində, o cümlədən peşə təhsili sahəsində əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə edildi”, – nazir qeyd edib.
