Məzmuna keç

Ərdoğanın sözçüsü: “Qafqazın tarixi inanc, əzm və cəsarətlə yenidən yazılır”

"NATO zirvəsinin ardınca Azərbaycanın tarixi və mədəniyyət mərkəzi Şuşaya gedirik".

E-huquq.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın tvitterdəki səhifəsində yazıb.

"Qarabağ zəfərini taclandıran bu səfər Türkiyə-Azərbaycan əlaqələrini daha da gücləndirəcək və dərinləşdirəcək. Qafqazın tarixi inanc, əzm və cəsarətlə yenidən yazılır", – o qeyd edib.