Astarada əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Famil Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb
E-huquq.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xamməd Nuriyevin icraatına verilib.
Qeyd edək ki, bu il martın 10-da saat 19 radələrində Astara rayonu, Şəmətük kəndində kənd sakini 1991-ci il təvəllüdlü Ağayev Musa Arzu oğlu bıçaqlanaraq öldürülüb. Araşdırmalarla zərərçəkmişin əmisi oğlu Ağayev Famil Qəyim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Musa Ağayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Famil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
