Türkiyədə məhkəmə hakimi avtomobilini saxta dövlət qeydiyyat nömrə nişanı ilə idarə etdiyi üçün həbs olunub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,hakim Mesut Karadağoğlu avtomobilinin sığorta xərcləri yüksək olduğu üçün bu yola əl atıb. İfadəsində saxta dövlət qeydiyyat nömrə nişanını satış reklamı üçün fotoşəkil çəkdirmək məqsədilə taxdığını iddia etsə də, onun söylədiklərinin doğruluğunu sübut edən hər hansı dəlil tapılmayıb.
Hakimlər və Prokurorlar Şurası da hakimə qarşı inzibati istintaqa başlayıb. Məhkəmə təqsirləndirilən şəxsin yüksək vergi səbəbilə avtomobilə aid olmayan iki saxta dövlət qeydiyyat nömrə nişanı taxdığını bildirib.
Rəsmi sənədlərdə saxtakarlığa yol verdiyinə görə M.Karadağoğlu 2 il müddətinə həbs edilib.
Məhkəmə hakimin şəxsi xüsusiyyətlərinə görə cəzanı 1 il 8 aya endirərək 5 il müddətinə ertələyib.
