Məzmuna keç

Türkiyə və Türkmənistan prezidentlərinin telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.

E-huquq.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb.

Telefon danışığında regional məsələlər və iki ölkə arasındakı münasibətlər müzakirə olunub.

Ərdoğan türkmənistanlı həmkarının doğum gününü də təbrik edib.