Məzmuna keç

Azərbaycanda icra başçısı məhkəməyə verildi

Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev barəsində məhkəməyə müraciət olunub.

E-huquq.az-ın məlumatına görə, vətəndaş Füzuli Məmmədovun M. Quliyev barəsində verdiyi şikayətin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədardır.

İşə Gəncə İnzibati Məhkəməsində hakim Fikrət Hüseynov baxacaq.