Bakının Nərimanov rayonunda Fətəli xan Xoyski küçəsindən Əhməd Rəcəbli küçəsinə giriş məhdudlaşdırılıb.
E-huquq.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.
Məlumata görə, məhdudiyyət Əhməd Rəcəbli küçəsindəki binada baş verən yanğınla bağlıdır.

