Türkiyənin əkin və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli daxili işlər naziri Süleyman Soylu ilə birgə mətbuat konfransı təşkil edib.
E-huquq.az xəbər verir ki, konfrans zamanı B.Pakdəmirli ölkədə meşə yanğınları ilə mübarizədə son vəziyyət barədə məlumat verib. O, bildirib ki, 28 iyul – 5 avqust tarixlərində Türkiyənin 44 vilayətində 197 meşə yanğını ocağı meydana gəlib və onlardan 185-i nəzarət altına alınıb.
Nazirin sözlərinə görə, hazırda 12 yanğının lokallaşdırılması istiqamətində müvafiq işlər aparılır.
