Məzmuna keç

Azərbaycan Xarici İşlər naziri Türkiyəyə başsağlığı verdi

Xarici işlər naziri Ceyhun Bayramov bu gün Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 15 nəfərin ölməsi ilə bağlı başsağlığı verib.

E-huquq.az-ın məlumatına görə, C. Bayramov “Tvitter” səhifəsində yazıb ki, qardaş Türkiyənin Balıkesir şəhərində faciəvi avtobus qəzası xəbərini böyük kədərlə qarşıladıq.

Nazir qəza nəticəsində vəfat edənlərin аilələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib.