Mərkəzi Seçki Komissiyasının(MSK) bu gün keçirilən iclasında respublika üzrə Dairə Seçki Komissiyalarının (DSK) tərkibinin yenidən formalaşdırılması məsələsi müzakirə olunub.
E-huquq.az-ın xəbərinə görə, müzakirələrdən sonra respublika üzrə 125 DSK-nın tərkibinin yenidən formalaşdırılması barədə qərar qəbul edilib.
***1 6:39
Mərkəzi Seçki Komissiyasının(MSK) bu gün keçirilən iclasında respublika üzrə Dairə Seçki Komissiyalarının (DSK) tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılır.
E-huquq.az-ın xəbərinə görə, iclasa sədrliyi MSK sədri Məzahir Pənahov edir.
Müzakirələrdən sonra respublika üzrə 125 DSK-nın tərkibinin yenidən formalaşdırılması barədə qərar qəbul ediləcək.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər Dairə Seçki Komissiyasının (DSK) 9 üzvü olur. Onlardan üçünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, üçünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən və üçünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.
