Məzmuna keç

Qətl törədən üçüncü qrup əlilinin kassasiya şikayətinə baxıldı

Qətl törədən üçüncü qrup əlilinin kassasiya şikayətinə baxıldı  

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Əli Əliyevin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2017-ci ilin aprel ayında Cəlilabad rayonu Sərhədabad kəndində baş verib. 1992-ci il təvəllüdlü, üçüncü qrup əlil Ə.Əliyev həmkəndlisi Nemət Astanovu qısqanclıq zəmnində qətlə yetirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əliyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.