Məzmuna keç

DİN: “Monitorinq həyata keçirən şəxslər mülki və polis formasında ticarət obyektlərinə daxil olacaqlar”

“Bütün ticarət obyektlərinin monitorinqini həyata keçirən şəxslər mülki və polis formasında həmin obyektlərə daxil olacaqlar”.

E-huquq.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ticarət məkəzlərində qayda pozuntusu halları aşkar olunub:

“Həmin obyekt sahibləri bilsinlər ki, onlar barələrində görülən tədbirlərdən nəticə çıxarmayıblarsa, həmin obyektin fəaliyyətinin dayandırılması və qanunvericiliklə nəzərdə tutulmuş digər ağır cəzaların verilməsi nəzərdə tutulur”.