Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması ölkədə yeni konstitusiyanın qəbul ediləcəyini açıqlayıb.
E-huquq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın siyasi bürosunun nümayəndəsi bildirib.
“Əfqanıstanın yeni konstitusiyası qəbul ediləcək. Bu, qaçılmazdır”, – o söyləyib.
Nümayəndənin sözlərinə görə, ölkə hələ rəsmi şəkildə “İslam Əmirliyi” adlandırılmayıb, amma belə bir arzu var.
