Məzmuna keç

Keçmiş vəkil məhkəmə zalında həbs edildi

Keçmiş vəkil məhkəmə zalında həbs edildi

Avqustun 5-də Sumqayıt Şəhər Məhkəməsində xeyli miqdarda dələduzluqda ittiham edilən Vəkillər Kollegiyasının keçmiş üzvü Qəhrəman Pirməmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az xəbər verir ki, hakim Rövşən Xəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Q. Pirməmmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilən Q. Pirməmmədov məhkəmə iclas zalıdan həbs edilib.

İttihama görə, Q. Pirməmmədov 7 nəfər vətəndaşa qarşı 50 min manat məbləğində dələduzluq edib.