Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Bu barədə e-huquq.az Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, hərbi qulluqçuların meyitlərinin qalıqları Hadrut istiqamətində aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 651-ə çatıb.
