Məzmuna keç

Azərbaycan Prezidenti “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib.

"E-huquq.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən komandamızın üzvləri – İlham Zəkiyev, Namiq Abbaslı və Pərvin Məmmədovu səmimi qəlbdən təbrik edirəm!”.