Məzmuna keç

“Ümid” partiyasının sədr müavininin itkin düşən qızı və qardaşı oğlu tapıldı-

“Ümid” partiyasının sədr müavini Tamilla Qulaminin itkin düşən qızı və qardaşı oğlu tapılıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə T.Qulami bildirib.

***

Sədr müavininin sürücüsü zəng edərək uşaqların tapıldığını deyib və hazırda onları götürməyə gedirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov e-huquq.az-a bildirib ki, 15 yaşlı Aişə Məmmədli və 12 yaşlı Famil Qulaminin yeri müəyyən olunub və ailələrinə təhvil veriləcək.

Ehsan Zahidov qeyd edib ki, polis partiya mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara eyni münasibətdədir: "Uşaqların yoxa çıxması ilə bağlı polisə məlumat daxil olan kimi onların tapılması istiqamətində axtarış tədbirləri başlayıb. Tez bir zamanda uşaqların yeri müəyyənləşdirilib".

***

20:57

Daxili İşlər Nazirliyi "Ümid" partiyasının sədr müavini Tamilla Qulaminin qızı və qardaşı oğlu yoxa çıxması ilə bağlı açıqlama verib.

E-huquq.az-ın xəbərinə görə, Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Tamilla Qulaminin 15 yaşlı qızı Aişə Məmmədli və 12 yaşlı qardaşı oğlu Famil Qulaminin yoxa çıxması barədə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bolməsinə məlumat daxil olub. Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.