Ali Məhkəmənin qərarlarının açar sözlər vasitəsilə axtarışı proqram təminatının tətbiqinə başlanılıb.
E-huquq.az xəbər verir ki, bir müddət öncə təqdimatı keçirilən sistemin artıq bütün istifadəçilər üçün əlçatanlığı təmin edilib.
Qeyd edək ki, axtarış sistemi Ali Məhkəmənin bütün kollegiyalarında baxılan işlər üzrə konkret mübahisə predmetinə aid açar sözlərdən istifadə etməklə müxtəlif mübahisəli hüquqi məsələlərə dair kassasiya məhkəməsinin hüquqi mövqeyini asan şəkildə istifadəçilər tərəfindən öyrənməyə imkan verəcək.
Bununla da, həm aşağı instansiya məhkəmələri, həm ümumiyyətlə geniş ictimaiyyət müxtəlif hüquqi məsələlərə dair Ali Məhkəmənin qərarlarındakı hüquqi yanaşmalara asan çıxış imkanı əldə edəcəklər. Bu isə son nəticədə vahid məhkəmə təcrübəsinin formalaşmasına əhəmiyyətli dərəcədə kömək edəcək, eləcə də ədalət mühakiməsinin proqnozlaşdırılan bilən olmasına ciddi töhfə verəcək.
