Göyçay Rayon İcra Hakimiyyəti "Göyçay-Avtonəqliyyat" ASC-ni məhkəməyə verib.
E-huquq.az-ın xəbərinə görə, Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən İcra Hakimiyyəti vurulmuş 2850 manat miqdarında maddi zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürülüb.
Daha sonra iddiaçı məhkəməyə məktubla müraciət edərək, iddiadan imtina etdiyini qeyd edib.
Məktubdubda bildirilib ki, cavabdehlə mübahisənin məhkəmədən kənar həll edilməsi barədə razılığa gəlinib, iddiadan imtina olunub və iş üzrə icraata xitam verilməsi xahiş edilib.
Məhkəmənin qərarına əsasən, iqtisadi iş üzrə icraata xitam verilib.
