Məzmuna keç

Fransa itkin düşmüş 4000-ə yaxın azərbaycanlının axtarışı üçün BQXK-yə yarım milyon avrodan çox könüllü töhfə verib –

2021-ci ildə Fransa Birinci Qarabağ müharibəsində hələ də itkin düşmüş 4000-ə yaxın azərbaycanlının axtarışında gördüyü işlərə görə Beynəlxalq Qızıl Xaç Komitəsinə yarım milyon avrodan çox könüllü töhfə verib.

E-huquq.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zaxari Qross özünün "Twitter" hesabında yazıb.

Xatırladaq ki, 1990-cı illərin əvvəlində Birinci Qarabağ müharibəsi zamanı 4000-ə yaxın azərbaycanlı itkin düşüb. Ermənistan tərəfi bununla bağlı bütün məsuliyyətlərdən boyun qaçırır.