Məzmuna keç

Həbsdə olan Nizaməddin Quliyev vəfat etdi

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev vəfat edib.

E-huquq.az-ın məlumata görə, N.Quliyev sentyabrın 7-də Gəncə modul tipli xəstəxanasında COVID-19-dan vəfat edib.

Keçmiş icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, N.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.