Məzmuna keç

Məhkəmə və hüquq-mühafizə orqanlarına 2 mlrd. manatdan çox vəsait ayrılacaq

Gələn il dövlət büdcəsinin xərclərinin 8,38 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının xərclərinə ayrılacaq.

E-huquq.az-ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2022-ci il dövlət büdcəsi ilə bağlı proqnozunda əksini tapıb.

Başqa sözlə, gələn il məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 2 milyard 428 milyon 367,1 min manat vəsait ayrılacaq.

Qeyd edək ki, gələn il dövlət büdcəsinin xərcləri 28 milyard 974 milyon manat proqnozlaşdırılır.