Ənənəvi tədrisin davamlı olması üçün biz vaksin vurdurmalıyıq.
E-huquq.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsində deyib.
Nazir qeyd edib ki, hamı ənənəvi tədrisin bərpasını sevinclə qarşıladı:
“Amma biz unutmamalıyıq ki, pandemiya hələ bitməyib. Nə qədər çox vaksin vurdursaq ənənəvi dərslər o qədər davamlı olar”.
Nazir qeyd edib ki, hər kəs bu məsələdə diqqətli və məsuliyyətli olmalıdır. Nazir əlavə edib ki, artıq təhsil işçilərinin 80 faizi peyvənd olunub: “Az sayda vaksin vurdurmayan təhsil işçiləri var və inanıram ki, məktəblərin açılmasına qədər vaksin olunacaqlar”.
