Məzmuna keç

Yeni tədris ilindən 9-cu sinif şagirdlərinə “Zəfər tarixi” tədris ediləcək

“Yeni tədris ilindən 9-cu sinif şagirdlərinə ilk dəfə "Zəfər tarixi" fənni tədris ediləcək”.

E-huquq.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.

Nazir bildirib ki, bu fənn tədris dilindən asılı olmayaraq bütün siniflərdə Azərbaycan dilində 1 saat keçiriləcək: "Burada tək 44 günlük dövrü deyil, bu günə qədər olan tariximizi gənclərə çatdıracağıq".