Məzmuna keç

“AZGRANATA” MMC-dən daha bir yenilik

Cənubi Qafqazın ən böyük meyvə şirəsi və şərab istehsalçılarından olan “AZGRANATA” MMC daim özünəməxsus yenilikləri ilə diqqət çəkir.

E-huquq.az xəbər verir ki, müəssisənin yeniliklərindən biri də Azərbaycanın milli alkoqollu içkilərindən olan tut və zoğal araqlarının yeni texnologiyalar əsasında sənaye üsulu ilə istehsalına nail olmasıdır. Belə ki, istehsal edilən tut və zoğal araqları artıq 25 litr tutuma malik şüşə qablarda “AZGRANATA” firma mağazalarında satışa çıxarılır.

Qeyd edək ki, 2011-ci ildə inşa olunmuş təxminən 14 hektar sahəni əhatə edən zavod Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. “AZGRANATA” meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir.