Məzmuna keç

“Qazax Sement Zavodu” şirkəti məhkəməyə verdi

“Qazax Sement Zavodu” şirkəti məhkəməyə verdi

“Qazax Sement Zavodu” MMC “Star Publik Transport” MMC-ni məhkəməyə verib.

E-huquq.az-ın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən zavod ümumilikdə 85 531 manat pul borcunu cavabdehdən tutulmasını istəyib.

Daha sonra “Qazax Sement Zavodu” MMC-nin nümayəndəsi elektron qaydada məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş edib.

Məhkəmə “Qazax Sement Zavodu” MMC-nin nümayəndəsinin ərizəsini təmin edib və pul tələbinə dair iddia ərizəsi isə baxılmamış saxlanılıb. İddia ərizəsi və əlavə edilən sənədlər iddiaçının ərizəsi əsasında geri qaytarılıb.