Məzmuna keç

“Bədən tərbiyəsi və idman haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılır

Milli Məclisdə “Bədən tərbiyəsi və idman haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.

E-huquq.az-ın məlumatına görə, qanun layihəsi Milli Məclisin Gənclər və idman komitəsinin 2021-ci il payız sessiyası üçün İş planına daxil edilib.

Qeyd edək ki, hazırda qüvvədə olan “Bədən tərbiyəsi və idman haqqında” qanun 2009-cu ildə qəbul edilib.