Səhər saatlarında paytaxtın əksər yollarında sıxlıq müşahidə olunur.
E-huquq.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, tıxac olan yollar aşağıdakılardır:
– Alı Mustafayev küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində;
– Ziya Bünyadov prospekti – Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol hər iki istiqamətində;
– Bakı-Sumqayıt şossesi – şəhər istiqamətində;
– Tbilisi prospekti – şəhər istiqamətində;
– Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsündə;
– Koroğlu Rəhimov küçəsi – Həsən Əliyev küçəsi istiqamətində.
