Məzmuna keç

Sabirabadda deputatın təşəbbüsü ilə növbəti pulsuz hüquqi yardım aksiyası keçirildi

Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi və "Pro Bono" Vəkil Bürosunun vəkillərinin iştirakı ilə Sabirabada vətəndaşlar üçün növbəti dəfə “Pulsuz hüquqi yardım” layihəsi təşkil edilib.

Görüşdə 47 vətəndaşın 54 müraciətinə baxılıb, şifahi və yazılı hüquqi məsləhətlər verilib, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunub.

Bundan əlavə, pulsuz hüquqi yardımı həyata keçirmiş “Pro Bono” vəkil bürosunun vəkilləri Araz Həsənov və İqbal Rzazadəyə vətəndaşların ərizə və şikayətlərini nəzarətə götürmüş və icraata qəbul edib.