Məzmuna keç

BMT Azərbaycan-Ermənistan dialoqunu dəstəklədi

BMT baş katibi Antoniu Quterreş və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan sərhədində yaranan vəziyyəti müzakirə ediblər.

E-huquq.az xəbər verir ki, bu barədə Quterreşin ofisi tərəfindən yayılmış xəbərdə deyilir.

"Baş katib və xarici işlər naziri Ermənistan və Azərbaycan arasında əməkdaşlığı müzakirə ediblər. Onlar həmçinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, regional əməkdaşlığı və davamlı sülhün təşviqi səylərini müzakirə ediblər” – xəbərdə qeyd edilir.

Baş katib davam edən dialoqa və sülhməramlı səylərə, eləcə də BMT-nin bölgədəki təşkilatlarının işinə dəstəyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl BMT Baş Assambleyasnını 76-cı sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından ilk görüşü olub.