Məzmuna keç

Gürcüstanda 20 şəhərdə seçkilərin ikinci mərhələsi keçiriləcək –

Gürcüstanda paytaxt Tbilisi daxil olmaqla, azı 20 şəhərdə mer seçkilərin ikinci mərhələsi keçiriləcək.

E-huquq.az xəbər verir ki, bu, səsvermə bülletenlərinin təxminən 40 %-nin hesablanmasından sonra məlum olub.

İlkin məlumatlara əsasən, hakim Gürcü Arzusu Partiyası 64 şəhərin yalnız 44-də səs çoxluğu qazanıb.

Gürcüstan qanunvericiliyinə əsasən, seçkilərin II mərhələsi I mərhələdən 4 həftə sonra şənbə günü – oktyabrın 30-da keçiriləcək.

***

10:45

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin məlumatlarına əsasən, mer seçkilərinin ikinci turu ən azı 20 şəhərində keçiriləcək.

E-huquq.az xəbər verir ki, bu nəticələrə görə, ikinci turlar ölkənin ən böyük beş şəhərində – Tbilisi, Rustavi, Batumi, Zuqdidi və Kutaisi təşkil olunacaq. Bütün hallarda mübarizə hakim Gürcü Arzusunun namizədləri ilə ölkənin ən böyük müxalifət partiyası Vahid Milli Hərəkat arasında davam edəcək.

Qeyd edilir ki, Gürcüstan MSK-nın açıqladığı ilkin nəticələrə əsasən, namizədlərin heç biri birinci turda qələbə üçün yetərli səs toplaya bilməyib. Seçki qanunvericiliyinə əsasən, birinci turda mer postuna seçilmək üçün namizədlərin hər hansı biri səslərin 50 faizindən çoxunu toplamalıdır.