Bu gün Prezident İlham Əliyev Cəbrayıl rayonunda “KamAZ” markalı yük avtomobilləri üçün servis mərkəzinin təməlini qoyub.
E-huquq.az xəbər verir ki, servis mərkəzini Rusiyaya məxsus “KamAZ” ASC ilə Azərbaycana məxsus “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi birgə yaradır.
Təməlqoyma mərasimi dövlət başçısının rayona səfəri çərçivəsində baş tutub.
