“Azroşen” MMC “NET” MMC-ni məhkəməyə verib.
E-huquq.az-ın xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Azroşen” cavabdehdən ümumilikdə 17 855 manat pul borcunun tutulmasını istəyib.
Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır.
Belə ki, iddia ərizəsinə cavabdeh “NET” MMC tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin alınması barədə sənəd əlavə edilməyib.
Buna görə də məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərar çıxarıb.
Qeyd edək ki, Ukraynanın "Roşen" şirkətinin Azərbaycan filialı olan "Azroşen" MMC 2003-cü ildə qeydiyyatdan keçərək öz fəaliyyətinə başlayıb. Şirkət şirniyyat məhsullarının hazırlanması ilə məşğul olur.
"Roşen" şirkətinin sahibi Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkodur.
“NET” MMC isə marketlər şəbəkəsidir.
