Məzmuna keç

Putin MDB ölkələri xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüş keçirəcək.

E-huquq.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin oktyabrın 13-də MDB ölkələri xüsusi xidmət orqanlarının rəhbərləri ilə videokonfrans formatında görüşəcək.

Görüşdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan nümayəndə heyətlərinin rəhbərləri iştirak edəcəklər.