Məzmuna keç

Piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücünün məhkəməsi başlayır

Piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücünün məhkəməsi başlayır

Bakıda piyadanı vurub öldürməkdə təqsirləndirilən Ruslan Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il mayın 12-də paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib. 1986-cı il təvəllüdlü Əliyev Ruslan Sirac oğlunun etibarnaməsiz idarə etdiyi “Lifan” markalı, 99-HJ-019 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1965-ci il təvəllüdlü Əhmədov Nazim Xanlar oğlunu vuraraq öldürüb və o, hadisə yerindən qaçıb.

Fakta görə Nərimanov Rrayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

İstintaqla hadisənin R.Əliyevin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində R.Əliyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.