Məzmuna keç

Sumqayıtda 5 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Sumqayıtda 5 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Sumqayıtda 5 nəfərin ölüm ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlham Həsənovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əliövsəd Abasovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu il mayın 10-da saat 19 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini İ.Həsənovun idarə etdiyi “İveco” markalı yük və Şabran rayon sakini İlham Qasımovun idarə etdiyi “Mercedes” markalı minik avtomobilləri toqquşduqdan sonra aşıblar.

Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü İ.Qasımov və sərnişinləri, həmyerliləri Saleh Musayev, Məhəbbət Musayeva, Amil Məmmədov və Vidadi Nuriyev hadisə yerində ölüblər.