Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əlibrahim Səmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Ə.Səmədovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdiirlib.
Belə ki, onun 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası 4 ilə endirilib.
Qeyd edək ki, hadisə 2018-ci ilin dekabr ayının 1-də Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi H.Z.Tağıyev küçəsində baş verib. Ə.Səmədov qeyri-rəsmi nikah münasibətində olduğu A.Məmmədlinin anası R.Məmmədovanı küçədə bıçaqlayıb.
Buna səbəb R.Məmmədovanın qızının Ə.Səmədovla münasibətinə etiraz etməsi olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Səmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
