Şəki Ağır Cinayətlər Məhkəməsində Yevlaxda arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Murad Bukavadzenin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
E-huquq.az xəbər verir ki, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 20-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il aprelin 20-də Yevlax şəhəri Bakı prospekti 31 ünvanında yerləşən şəhər avtovağzalda baş verib. Belə ki, 1977-ci il təvəllüdlü M.Bukavadze 1992-ci il təvəllüdlü Leyla Bukavadzeni qısqanclıq zəmnində bıçaqlayıb. Çoxsaylı bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olunub.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan M.Bukavadze barəsində 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
