Məzmuna keç

Ucarda arvadını öldürüb, özünü və qayınanasını yaralayan şəxsin məhkəməsi başladı

Ucarda arvadını öldürüb, özünü və qayınanasını yaralayan şəxsin məhkəməsi başladı

Şəki Ağır Cinayətlər Məhkəməsində Ucarda qətl törətməkdə təqsirləndirilən Aruz Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 30-na təyin edilib.

Qeyd edək ki, hadisə bu il fevral ayında Ucar rayonunun Şamil Fərzəliyev küçəsi, 30 ünvanında baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü A.Tağıyev həyat yoldaşı, 1972-ci il təvəllüdlü Şəhla Tağıyevaya küt alətlə xəsarət yetirib. Şəhla Tağıyeva hadisə yerində ölüb.

Daha sonra o, qayınanası – 1953-cü il təvəllüdlü Zivər Tağıyevaya bıçaqla xəsarət yetirib.

Z.Tağıyeva müxtəlif dərəcəli ağır xəsarətlərlə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qadının vəziyyəti ağır olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanaların birinə göndərilib.

Hadisə ailə münaqişəsi zəminində baş verib. Cinayətdən sonra A.Tağıyev özünə də bıçaqla xəsarət yetirib və xəstəxanya yerləşdirilib.

Məlumata görə, A.Tağıyev psixi xəstəlikdən əziyyət çəkir.