Məzmuna keç

Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı Putinə zəng etdi

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

E-huquq.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti xəbər verib.

Məumata görə, Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Qeyd edilir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. “Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində baş vermiş bir sıra insidentlərdən sonra yaranmış vəziyyəti müzakirə ediblər. Bununla bağlı təmasların davam etdirilməsi razılaşdırılıb", – məlumatda deyilir.