Məzmuna keç

Braziliya Prezidenti məhkəmə qarşısına çıxarılacaq

Braziliya Ali Məhkəməsi dövlət başçısı Jair Bolsonaro barəsində istintaqın başlanılmasına dair qərar verib.

E-huquq.az xəbər verir ki, buna səbəb Prezidentin koronavirus peyvəndi haqqında yalan məlumat yaymasıdır.

Belə ki, o, canlı yayımda vaksinin HIV/AIDS xəstəliyinə səbəb olduğunu deyib.