Ermənistanda hərbçi əsgər yoldaşını güllələyərək öldürüb.
E-huquq.az xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.
Hadisə Ermənistanın cənubunda yerləşən hərbi hissələrdən birində baş verib.
Kimliyi açıqlanmayan əsgərin açdığı atəş nəticəsində 2002-ci il təvəllüdlü Senik Arzumanyan ölüb.
Atəş açan əsgər daha 2 hərbçi yoldaşını yaralayıb.
Hadisənin təfərrüatı araşdırılır.
