21.10.2026
“Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradıldı
Hüquq-mühafizə orqanları

“Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradıldı

Dek 17, 2021

Azərbaycan Baş Prokurorluğunda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradılıb.

E-huquq.az-ın məlumatına görə, “Tərtər işi”nin Baş Prokurorluqda yenidən istintaq olunmasına başlanılıb.

Bu məqsədlə yaradılan istintaq qrupuna digər hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb edilib. Baş vermiş hadisənin bütün detallarının ən incə xırdalıqlarına qədər araşdırılması, prosesdə iştirak edən bütün iştirakçıların dindirilməsi və ortaya tam obyektiv nəticə qoyulması ilə bağlı tapşırıq verilib.

Mənbə: Qafqazinfo