Məzmuna keç

Vüsal Hüseynov: “Qaçqın statusu almış şəxslərin inteqrasiyası ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılır”

Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.

DMX-nin mətbuat xidmətindən e-huquq.az-a verilən xəbərə görə, Vüsal Hüseynov Dövlət Miqrasiya Xidməti ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasındakı səmərəli əlaqələrə toxunub. O, ölkəmizdə mövcud sığınacaq sisteminin təkmilləşdirilməsi ilə əlaqədar mühüm işlər görüldüyünü, qaçqın statusu almış şəxslərin inteqrasiyası ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Görüşdə oktyabrın 7-11-də Cenevrədə keçiriləcək BMT QAK-ın İcraiyyə Komitəsinin 70-ci sessiyası və dekabrın 17-18-də reallaşacaq Qaçqınlar üzrə I Qlobal Foruma dair müzakirələr, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.