Məzmuna keç

Dövlət qulluğu üzrə müsahibədə iştirak üçün müracət edənlərin sayı açıqlandı

Dövlət qulluğu üzrə müsahibədə iştirak üçün müracət edənlərin sayı açıqlandı 

Ümumilikdə 41 dövlət orqanında 457 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.

E-huquq.az xəbər verir ki, avqustun 28-i saat 16:05-ə olan göstəricilərə əsasən, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 1287 nəfər ərizə verib.

Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (147 vəzifə) tərəfindən çıxarılıb.

Sənəd qəbulu sentyabrın 2-də başa çatacaq.