Məzmuna keç

Gömrükçülər külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı aldı

Gömrükçülər külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı aldı

Azərbaycan gömrükçüləri qeyri-qanuni yollarla ölkә әrazisinә gәtirilən külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata əsaəsn, buna DGK Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi tərəfindən keçirilən tədbir nəticəsində nail olunub.

Əməliyyat tədbiri İran İslam Respublikasından qeyri-qanuni yollarla Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin "Famil" adlı şəxs tərəfindən realizə ediləcəyi barədə daxil olan məlumat əsasında həyata keçirilib.

Salyan şosesi, Noxudlu yolunun kənarında yerləşən restoranının qarşısında keçirilən əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşı Yunusov Famil Şadiyar oğlu idarə etdiyi "VAZ 21154" markalı avtomobillə sözügedən əraziyə gəlib. Sonra avtomobildən enərək sellofan torbada olan narkotik vasitəni şərti alıcı kimi çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb.

DGK Əməliyyat-İstintaq Baş İdarəsində həmin sellofan torbaya baxış zamanı 7 ədəd bağlamada olmaqla, qablaşdırma ilə birlikdə ümumi çəkisi 6 kiloqram 314 qram təşkil edən narkotik vasitə – həşiş aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.