Məzmuna keç

Fikrət Məmmədov vətəndaşları qəbul etdi

Ədliyyə naziri Abşeronda vətəndaşları qəbul edib

Avqustun 29-da Ədliyyə naziri Fikrət Məmmədov Abşeron rayonu Heydər Əliyev Mərkəzində Abşeron, Xızı, Siyəzən rayonlarda yaşayan və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

E-huquq.az xəbər verir ki, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Xırdalan şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.