Məzmuna keç

KTMT dövlət başçılarının Qazaxıstandakı vəziyyət ilə bağlı görüşünün vaxtı açıqlandı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının Qazaxıstandakı vəziyyəti müzakirə etmək üçün onlayn konfransı ilkin olaraq yanvarın 10-na planlaşdırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri, KTMT-nin fəaliyyətdə olan sədri Nikol Paşinyanın mətbuat xidmətində bildiriblər.

Qeyd olunub ki, KTMT dövlət başçılarının onlayn konfransı ilkin olaraq bazar ertəsinə təyin edilib.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu məlumatı təsdiqləyib.